...

Siyəzəndə traktorla toqquşan minik avtomobilinin sürücüsü ölüb

Hadisə Materials 21 May 2014 13:38 (UTC +04:00)
Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Siyəzəndə traktorla toqquşan minik avtomobilinin sürücüsü ölüb

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 20-də saat 12 radələrində Siyəzən rayonu Zarat kəndinin ərazisində Qusar rayon sakini Rasim Məsimovun idarə etdiyi "Hyundai" markalı avtomobillə Xaçmaz rayon sakini Babək Şahbazovun idarə etdiyi "FE 1004" markalı traktor toqquşub. Nəticədə "Hyundai"nin sürcüsü R.Məsimov hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti