...

Tovuzda ilan bir nəfəri sancıb

Hadisə Materials 21 İyun 2014 12:34 (UTC +04:00)
Tovuz rayonunda ilan sancma hadisəsi qeydə alınıb.
Tovuzda ilan bir nəfəri sancıb

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Tovuz rayonunda ilan sancma hadisəsi qeydə alınıb.

Trend Kəpəz TV-ə istinadən xəbər verir ki, hadisə rayonun Düzqırıqlı kəndində baş verib.

Əkin sahəsində alaq otlarını təmizləyən qadınlara hücum edən ilanı kənd sakini Ramin Babanlı tutmağa çalışsa da, o buna nail olmayıb və ilan 31 yaşlı kənd sakininin əlindən sancıb.

Həkimlər Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənin səhhətini orta-ağır qiymətləndirir. Yaralıya ilkin yardım edildikdən sonra Respubilka Toksikologiya Mərkəzinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti