Azərbaycan, Bakı, 4 iyul / Trend, müxbir İlkin İzzət /
Gəncə şəhərindəki hərbi şəhərçikdəki evin zirzəmisindən partlamış mərmi tapılaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Gəncə şəhəri 38 saylı hərbi şəhərçikdəki evin zirzəmisindən PQ-9 markalı mərmi tapılaraq götürülüb.
Qeyd edək ki, PQ-9 tank əleyhinə minaatan mərmisidir.
Faktla bağlı araşdırma aparılır.