...

Türkiyənin cənub-qərbində partlayış baş verib, ölən və xəsarət alanlar var

Hadisə Materials 11 İyul 2014 12:08 (UTC +04:00)
Türkiyənin cənub-qərbində yerləşən Dənizli vilayətində partlayış baş verib, ölən və xəsarət alanlar var.
Türkiyənin cənub-qərbində partlayış baş verib, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin cənub-qərbində yerləşən Dənizli vilayətində partlayış baş verib, ölən və xəsarət alanlar var. Trend-in məlumatına görə, bu barədə cümə günü "TRT Haber" telekanalı xəbər yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5-i ağır olmaqla 25 nəfər isə xəsarət alıb.

Partlayışa səbəb yaşayış binalarının birində baş vermiş qaz sıması olub.

Telekanalın məlumatına görə, ölən və xəsarət alanların hamısı Türkiyə vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti