...

İstanbul aeroportunda turistdə Ebola virusu aşkar edilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 12 Avqust 2014 14:37 (UTC +04:00)
Qeyd edək ki, xəstə Nigeriya vətəndaşı olub.
İstanbul aeroportunda turistdə Ebola virusu aşkar edilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbuldakı Atatürk Hava Limanında turistlərdən birində Ebola virusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Hürriyyət" qəzeti xəbər yayıb.

Qeyd edək ki, xəstə Nigeriya vətəndaşı olub.

Məlumata görə, hava yolu ilə Nigeriyadan Türkiyəyə gələn bütün sərnişinlər tibb müəssisələrinə çatdırılıblar.

Qeyd edək ki, Afrikanın qərbində yayılan Ebola virusundan indiyədək yüzlərlə insan dünyasını dəyişib. Tər, qan, tüpürcək yolu ilə yayılan bu virusa yoluxanların müalicəsi mümkünsüzdür. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.

Qərbi Avropada Ebola virusundan ölənlərin sayı 1013 nəfər çatıb. Son məlumatlara görə, bu ölümcül virusa yoluxanların sayı 1848 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti