...

"Ölüm dənizi" 21 yaşlı gəncin canını aldı

Hadisə Materials 24 Avqust 2014 21:18 (UTC +04:00)
Lənkəran şəhərinin ərazisində dənizdə (“Cənub” sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Vüqar Amil oğlu Əsgərov batıb.
"Ölüm dənizi" 21 yaşlı gəncin canını aldı

Azərabyacn, Bakı, 24 avqust /Trend/

Lənkəran şəhərinin ərazisində dənizdə ("Cənub" sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Vüqar Amil oğlu Əsgərov batıb. Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıb.

V.Əsgərovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:20-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti