Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İlkin İzzət/
Bakıda soyğunçuluqla məşğul olan iki nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi (RPİ) 39-cu Polis bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Qorqud İbrahimovun mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Tağıyev tutulub.
Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 25-də Cəmilə Əhmədovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almış Xırdalan şəhər sakini Faiq Əsədullayev tutulub.