...

Bakıda avtovağzalın qarşısında avtobus piyadanı vuraraq öldürüb

Hadisə Materials 23 Sentyabr 2014 11:24 (UTC +04:00)
Bakı Beynəlxalq Avtovağzalının qarşısında ölüm faktı qeydə alınıb.
Bakıda avtovağzalın qarşısında avtobus piyadanı vuraraq öldürüb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakı Beynəlxalq Avtovağzalının qarşısında ölüm faktı qeydə alınıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 22-si saat 09 radələrində Bakı Beynəlxalq Avtovağzalının qarşısında 1990-cı il təvəllüdlü Səfa Qeybullayev idarə etdiyi "Daewoo" markalı avtobusla 1970-ci il təvəllüdlü Mütəllim Qənbərovu vurub.

Nəticədə M.Qənbərov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti