...

Bakı sakinini yumruqlayaraq pulunu və telefonunu almış şəxs tutulub

Hadisə Materials 4 Oktyabr 2014 11:22 (UTC +04:00)
Bakıda axşam vaxtı soyğunçuluq edən şəxs tutulub.
Bakı sakinini yumruqlayaraq pulunu və telefonunu almış şəxs tutulub

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda axşam vaxtı soyğunçuluq edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 2-si saat 22 radələrində Sabunçu qəsəbəsində naməlum şəxs Taleh İbrahimovun sifət nahiyəsindən əli ilə vuraraq 700 manat pulunu və mobil telefonunu alıb.

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Seymur Hüseynov yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti