Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib.
Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, saat 06:56-da Nardarandan 117 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,1 bal, dərinliyi 48 km olub.
Zəlzələ hiss olunmayıb.