Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin paytaxtı Ankarada İbn Sina adına xəstəxanada partlayış baş verib.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, partlayışa səbəb xəstəxananın anbarında məişət qazının sızması olub.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb.