Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakı sakinlərinə qarşı 25 min manata yaxın məbləğdə dələduzluq etmiş şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların etibarından sui-istifadə edərək, Bakı şəhər sakinləri - İlham Əsədova 15000 manat, Teymur Mustafayevə 12000 ABŞ dolları məbləğində dələduzluq əməli törədilib.
Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Qoşqar Soltanov tutulub.