...

Bakının mərkəzində zəncirvari yol qəzası (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 30 Dekabr 2014 12:37 (UTC +04:00)
Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.
Bakının mərkəzində zəncirvari yol qəzası (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 11:43-də yayılıb

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.

Hadisə şahidlərinin Trend-ə verdikləri məlumata görə, qəza Neftçilər prospektində qeydə alınıb.

Məlumata görə, yük maşını 3 minik avtomobili ilə toqquşub, daha sonra isə maneəyə çırpılıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, hadisə ilə əlaqədar təxminən 30 dəqiqə yolda tıxac yaranıb: "Hazırda sıxlıq aradan qaldırılıb və nəqliyyat vasitələri Neftçilər prospekti ilə sərbəst hərəkət edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti