...

Bakıda banan oğrusu tutuldu

Hadisə Materials 4 Fevral 2015 11:51 (UTC +04:00)
Bakıda bazarda banan oğurlamış şəxs tutulub.
Bakıda banan oğrusu tutuldu

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda bazarda banan oğurlamış şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 3-də günorta saatlarında Lökbatan qəsəbəsində yerləşən topdansatış bazarında Lənkəran rayon sakini Laiq Hüseynova məxsus 19 kiloqram banan oğurlanıb. Qaradağ rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini 1976-cı il təvəllüdlü Mirhəşim Seyidov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti