...

Çörəyin içinə psixotrop maddə qoydular (FOTO)

Hadisə Materials 10 Fevral 2015 13:24 (UTC +04:00)
Bakıda cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək cəhdinin qarşısı alınıb.
Çörəyin içinə psixotrop maddə qoydular (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rafiq Məşədi oğlu Mövsümova Tovuz rayon sakini Əsəd Məsim oğlu Fərzəliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı çörəyin içərsində xüsusi üsulla gizlədilmiş 30 ədəd "Tramadol" həbi aşkar edilərək götürülüb.

Qeyd edək ki, Rafiq Mövsümov Cinayət Məcəlləsinin 120.1,29; 120.2.7 və 66.3 maddələrinə əsasən, 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, tramadol psixotrop maddələr qrupuna aid edilir.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti