...

Oğru dəstəsinin 7 üzvü tutuldu

Hadisə Materials 21 Fevral 2015 13:25 (UTC +04:00)
Paytaxtda mağazalardan oğurluq edən dəstənin üzvləri saxlanılıblar.
Oğru dəstəsinin 7 üzvü tutuldu

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İlkin İzzət/

Paytaxtda mağazalardan oğurluq edən dəstənin üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevral ayının 9-dan 17-dək olan müddətdə Telman Ələsgərova, Əyyub Əsədullayevə və İlham Əsgərova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsullları oğurlanıb.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş

Bakı şəhər sakinləri - Əli Rəsulov, Həmid Adıgözəlov, Mətləb Rəhmanov, Məhəmməd Əliyev, Rəhman Məhərrəmov, Lənkəran rayon sakini Vüsal Quluzadə və Şərur rayon sakini Hüseyn Mustafayev saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti