...

Bir avtoxuliqanın əlindən 20 günlük qurtulduq

Hadisə Materials 7 Mart 2015 14:27 (UTC +04:00)
Bakı şəhər sakini avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 20 gün müddətinə həbs edilib.
Bir avtoxuliqanın əlindən 20 günlük qurtulduq

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakini avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 20 gün müddətinə həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 5-də saat 11 radələrində Cavid Abbasəliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı BPİ DYPİ əməkdaşları tərəfindən saxlanılıb.

C.Abbasəliyev Xəzər rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti