...

Soyğunçuluqla avtomobilini əlindən aldılar

Hadisə Materials 9 Mart 2015 13:50 (UTC +04:00)
Bakıda soyğunçuluq etmiş şəxs saxlanılıb.
Soyğunçuluqla avtomobilini əlindən aldılar

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda soyğunçuluq etmiş şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 7-də Rafiq Hüseynovun idarə etdiyi "Chevrolet" markalı avtomobili soyğunçuluq yolu ilə əlindən alınıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etmiş Vaqif Qarayev martın 8-də Tbilisi prospektində avtomobili idarə edərkən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti