Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/
"Detektiv press" qəzetinin şöbə müdiri narkotiklə yaxalanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 31-də saat 05 radələrində Cəlilabad şəhəri ərazisində Bakı şəhər sakini Səbuhi Ağalarovun idarə etdiyi "Mercedes" markalı avtomobil Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı ümumi çəkisi 4 kiloqram narkotik vasitə - 2 kiloqram 135 qram heroin, 805 qram marixuana və 1 kiloqram 30 qram tiryək aşkar edilərək götürülüb.
S.Ağalarov və onun sərnişini, Bakı şəhər sakini Xanış Qasımov tutulublar. İlkin araşdırmalarla Səbuhi Ağalarovun "Detektiv press" qəzetinin şöbə müdiri olduğu müəyyən edilib.