...

Bakıda banan oğrusu tutulub

Hadisə Materials 7 Aprel 2015 13:18 (UTC +04:00)
Bakıda banan oğurlayan şəxsdən narkotik maddə götürülüb.
Bakıda banan oğrusu tutulub

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda banan oğurlayan şəxsdən narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 6-da paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda naməlum şəxs Bakı şəhər sakini Təbriz Həşimova məxsus 20 kiloqram bananı açıq talama yolu ilə aparıb.

Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elbrus Həsənov tutulub. Ondan 1,217 qram tiryək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti