Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İlkin İzzət/
Suraxanı rayonunda 55 yaşlı kişi intihar edib.
Bakının Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 12-də saat 13 radələrində 1960-cı il təvəllüdlü Fidayət Sərdarov yaşadığı evin çardağında özünü iplə asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırma aparılır.