Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlkin İzzət/
Münaqişə zəminində tüfəngdən atəş açaraq 3 nəfərə xəsarət yetirmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 14-də Salyan rayonunun Yenikənd kəndində kənd sakini Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub. Hadisə törədilərkən istifadə edilmiş müvafiq sənədi olmayan "TOZ-8" markalı tüfəng götürülüb.