Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İlkin İzzət/
Aprelin 21-də Nəsimi rayonu ərazisində yerləşən "Avropa" hotelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədova və Ruslan Əfəndiyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. DİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyevin xəstəxanaya yerləşdirilib.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisənin Bakı şəhər sakini Sənan Quliyev tərəfindən törədilməsi müəyyən edilib.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, bıçaqlananlar peşəkar idmançılar olub.