...

Ağcabədidə qətl törətmiş şəxs tutulub

Hadisə Materials 13 İyul 2015 15:12
Ağcabədi rayonunda qətl törədərək qaçmış şəxs tutulub.
Ağcabədidə qətl törətmiş şəxs tutulub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlkin İzzət/

Ağcabədi rayonunda qətl törədərək qaçmış şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, iyulun 12-də Ağcabədi rayonunun Aran kənd sakini Musa Əliyev kənd ərazisindən Əbil Məmmədova məxsus "VAZ-21099" markalı avtomobili qaçırıb həmkəndlisi İlham Həsənovun yaşadığı evə gedib. Orada olarkən M.Əliyev münaqişə zəminində İ.Həsənovu bıçaqla qətlə yetirib avtomobildə hadisə yerini tərk edib.

Avtomobil həmin gün Aran kəndində yol ayrıcısına vurulmuş vəziyyətdə tapılıb. Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M.Əliyev "isti izlər"lə tutulub.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti