Azərbaycan, Bakı, 3 avqust /Trend/
Bakının Səbail rayonunun Zərifə Əliyeva prospekti, 32 ünvanında yerləşən yaşayış binasının blokunda elektrik xətlərində qısaqapanma baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qısaqapanma nəticəsində qısa müddətdə tüstülənmə olub.
FHN-in yanğınsöndürənləri hadisə yerinə gələrək tüstülənmənin qarşısını alıb və yanğna keçməsinə imkan verməyiblər.