Azərbaycan, Bakı, 3 avqust /Trend/
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşları - Samit Baxşiyev və Fizuli Əmənov birlikdə piyada yolla İrandan Azərbaycana gələrkən onların üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəxsi yoxlama zamanı F.Əmənovun daxili orqanından (düz bağırsağından) 2 ədəd bağlamada ümumi xalis çəkisi 56,396 qram olan narkotik vasitə - heroin, 1 ədəd bağlamada xalis çəkisi 2,47 qram olan narkotik vasitə - həşiş və ümumi sayı 29 ədəd həb şəklində olan narkotik vasitə - metadon aşkar olunub.
Faktla bağlı təhqiqat aparılır.