Azərbaycan, Bakı, 3 avqust /Trend/
Bərdədə 13 yaşlı uşaq göldə batıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına məlumata əsasən, Bərdə rayonu, Şortəpə gölündə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 60 km aralı, nəzarətsiz ərazidə) 2002-ci il təvəllüdlü Həsənov Nicat Vüqar oğlu batıb.
N.Həsənovun cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.