...

Bakıda silah alverçiləri saxlanılıb

Hadisə Materials 7 Avqust 2015 15:25 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin əməkdaşları iki nəfər silah alverçisini tutub.
Bakıda silah alverçiləri saxlanılıb

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Elmir Murad/

Daxili İşlər Nazirliyinin əməkdaşları iki nəfər silah alverçisini tutub.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Keşlə qəsəbəsində Zaqatala rayon sakini Kamran Məmmədovdan lüləsi və qundağı kəsilmiş "TOZ-B" markalı tüfəng və 40 ədəd patron götürülüb.

Araşdırmalar zamanı K.Məmmədovun tüfəngi satmaq məqsədilə Neftçala rayon sakini Amil Heybətovdan aldığı müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə A.Heybətov da tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti