Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-də saat 09 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi "Ford Tranzit" markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurmuşdur. Nəticədə onun sərnişinlərindən - Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölmüş, 9 sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.