...

Beyləqan sakini həmkəndlisini qayçılayaraq qətlə yetirib

Hadisə Materials 21 Sentyabr 2015 13:33 (UTC +04:00)
Beyləqan rayonunda həmkəndlisinə qayçı ilə xəsarət yetirmiş şəxs tutulub.
Beyləqan sakini həmkəndlisini qayçılayaraq qətlə yetirib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İlkin İzzət/

Beyləqan rayonunda həmkəndlisinə qayçı ilə xəsarət yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 19-da Beyləqan rayonunun Örənqala kəndindəki çayxanada kənd sakini Elçin Qarayev münaqişə zəminində həmkəndlisi Şəmistan Qəhrəmanova qayçı ilə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ş.Qəhrəmanov orada ölüb.

Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qarayev tutulub.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti