Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin giriş qapısını açıb, təxminən 50-55 yaşlı şəxsiyyəti məlum olmayan kişinin cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.