...

Bakıda "KFC" kafesində tüstülənmənin yanğına keçməsinə imkan verilmədi (ƏLAVƏ OLUNUB 2)

Hadisə Materials 5 Noyabr 2015 12:59 (UTC +04:00)
Bakıda "28 may" metro stansiyası yaxınlığında "KFC" kafesində baş verən tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.
Bakıda "KFC" kafesində tüstülənmənin yanğına keçməsinə imkan verilmədi (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Bakıda "28 may" metro stansiyası yaxınlığında "KFC" kafesində baş verən tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

Bu barədə Trend-in ərazidə olan əməkdaşı xəbər verib.

Kafedə hadisənin baş verməsi ilə bağlı FHN-dən Trend-ə bildiriblər ki, tüstülənmə hadisəsi qısa qapanma nəticəsində baş verib.

Nazirlikdən onu da qeyd ediblər ki, hazırda "KFC" kafesində hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, bu gün saat 12 radələrində Bakıda "28 may" metro stansiyası yaxınlığında "KFC" kafesində tüstülənmə baş verib.

Trend-in məlumatına görə, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə idarəsinin yanğınsöndürmə maşınları hadisə yerində yağının qarşısını almağa çalışırlar.

Qəfil baş vermiş yanğının səbəbləri məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti