...

Bakıda səhər saatlarında intihara cəhd olub (FOTO,VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 16 Noyabr 2015 11:01 (UTC +04:00)
Bakı şəhərində intihara cəhd hadisəsi qeydə alınıb.
Bakıda səhər saatlarında intihara cəhd olub (FOTO,VİDEO) (ƏLAVƏ OLUNUB)

(video əlavə olunub, ilk xəbər saat 09:08 də yayımlanıb)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Bakı şəhərində intihara cəhd hadisəsi qeydə alınıb.

Trend-ə hadisə yerində olan Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşının verdiyi məlumata görə, intihara cəhd edən 43 yaşlı kişi əvvəllər də bir neçə dəfə məhkum olunmuş şəxsdir.

Evinin əlindən alınmasından şikayət edən şəxs səhər saatlarında Xətai rayonu, Zığ yolu, 32 ünvanında, "Tac Mahal" restoranı yaxınlığındakı işıq dirəyinə çıxaraq intihara cəhd etmək istəyib.

FHN xilasediciləri tərəfindən intihara cəhd etmək istəyən Sergey adlı şəxs işıq dirəyindən aşağı salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti