...

Hacı Zeynalabdin qəsəbəsində yanğın olub, zərərçəkənlər var

Hadisə Materials 5 Dekabr 2015 01:15 (UTC +04:00)
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 2 otaqlı mənzildə yanğın baş verib
Hacı Zeynalabdin qəsəbəsində yanğın olub, zərərçəkənlər var

Bakı. Trend:

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 2 otaqlı mənzildə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğin zamanı bina sakinlərindən 3 nəfər (2 azyaşlı) tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:30-da söndürülüb.

Xəbər lenti

Xəbər lenti