...

Yasamalda 3 mərtəbəli tikilidə yanğın olub

Hadisə Materials 2 Yanvar 2016 16:27 (UTC +04:00)
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yasamalda 3 mərtəbəli tikilidə yanğın olub

Bakı. Trend:

Yasamalda 3 mərtəbəli tikilidə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda tikintisi başa çatmayan ümumi sahəsi 1224 kv.m olan üçmərtəbəli tikilinin birinci mərtəbəsinin dəhlizinə yığılmış tikinti materialları 15 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti