Bakı. Trend:
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan meyvə-tərəvəz satışı köşkündə yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, köşkün lambirdən və taxtadan ibarət üzlüyü yanıb.
Yüksək temperaturdan yaxınlıqdakı kafenin 2 ədəd plastik pəncərə çərçivəsi əriyib.
Kafe yanğından mühafizə olunub. Yanğın saat 07:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.