Bakı. Trend:
Göyçay rayonunda vətəndaşa məxsus ev yanıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Göyçay rayonunda vətəndaşa məxsus 240 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 110 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.