...

Avtobusun şüşələrini sındıranlar tapıldı, dəymiş ziyan ödənildi

Hadisə Materials 29 Yanvar 2016 12:48 (UTC +04:00)

Bakı. Trend:

Avtobusun şüşələrini sındıran şəxslər müəyyən olunub. Bakı şəhəri Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb. Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilmiş və vurulmuş ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub. Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti