...

Şabran və Sumqayıtda yanğın hadisələri

Hadisə Materials 5 Fevral 2016 08:41 (UTC +04:00)
Fevralın 5-i gecə saatlarında Şabran rayonu və Sumqayıt şəhərində yanğın hadisələri qeydə alınıb.
Şabran və Sumqayıtda yanğın hadisələri

Bakı. Trend:

Fevralın 5-i gecə saatlarında Şabran rayonu və Sumqayıt şəhərində yanğın hadisələri qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şabran rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqdan ibarət tikilinin 1 otağında ev əşyaları 30 kv.m və digər otağın tavanı 15 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi və 1.6 ton ot bağlaması yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 91 kv.m olan birmərtəbəli 4 otaqlı yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti