...

Dəstə yaradıb inək oğurlayanlar tutuldu

Hadisə Materials 16 Fevral 2016 12:43 (UTC +04:00)

Bakı. Trend:

Bərdədə inək oğruları saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Əfqan Salmanovun həyətindən 1 baş inək oğurlamış rayon sakinləri Taleh Mənsimov, Elşad Cəfərov və Elməddin Həsənov tutulublar.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon sakini Gülyaz Kazımovanın həyətindən 1 baş inək oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti