...

DİN Bakıda silahlı dəstənin yaxalanması ilə bağlı məlumat yayıb

Hadisə Materials 27 Aprel 2016 13:18 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Bakıda silahlı mütəşəkkil dəstənin yaxalanması ilə bağlı məlumat yayıb.
DİN Bakıda silahlı dəstənin yaxalanması ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Bakıda silahlı mütəşəkkil dəstənin yaxalanması ilə bağlı məlumat yayıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakinləri Namiq İbayevdən 2,7 qram, habelə ona məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı 120,2 qram heroin, həmçinin nömrəsi silinmiş "AKM" markalı silah və 22 ədəd patron, Kamil Quliyevdən 2,3 qram, eləcə də ona məxsus "VAZ-2104" markalı avtomobilə baxış zamanı 126 qram heroin, nömrəsi silinmiş "Naqan" tipli tapança və 4 ədəd patron, Orxan İbrahimovdan 148,14 qram marixuana və Namiq Həşimovdan 124,3 qram heroin götürülüb.

N.İbayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 21-də Bakı şəhər sakini Nazim Ağayevə qarşı xuliqanlıq etməsi də müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti