...

İmişlidə və Zaqatalada yanğın baş verib

Hadisə Materials 9 May 2016 06:16 (UTC +04:00)
İmişlidə və Zaqatalada yanğın hadisəsi baş verib
İmişlidə və Zaqatalada yanğın baş verib

Bakı. Trend:

İmişlidə və Zaqatalada yanğın hadisəsi baş verib.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Zaqatala şəhərində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 16 kv.m olan hamamın dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə İmişli rayonunda baş verib. Belə ki, Bəcirəvan kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və həyətyanı sahəyə yığılmış 3 ton ot tayasının 1 tonu yanıb. Evin və ot tayasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti