...

Gəncədə 21 yaşlı oğlan qətlə yetirilib

Hadisə Materials 10 May 2016 10:04 (UTC +04:00)
Gəncə şəhərində qətl hadisəsi baş verib.
Gəncədə 21 yaşlı oğlan qətlə yetirilib

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində qətl hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan Trend-ə vereilən məlumata görə, hadisə mayın 9-da saat 14:00 radələrində baş verib. Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Qurbanov Həsən Şöhrət oğlu mübahisə nəticəsində həmyerlisi, 1995-ci il təvəllüdlü Əliyev Müstəcəb Hüseyn oğlunu bıçaqlayaraq qətlə yetirib.

Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində H.Qurbanov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti