...

Binəqədidə 600 m² mazutlu sahə yanıb

Hadisə Materials 26 Avqust 2016 13:07 (UTC +04:00)
Binəqədi rayonunda 600 m² sahədə mazut qarışıq məişət tullantıları yanıb.
Binəqədidə 600 m² mazutlu sahə yanıb

Bakı. Trend:

Binəqədi rayonunda 600 m² sahədə mazut qarışıq məişət tullantıları yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytılna istinadən xəbər verir ki, bu gün Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m² olan yardımçı tikilinin yanar konstruksiyaları və tikilinin yaxınlığında 600 m² sahədə mazut qarışıq məişət tullantıları yanıb.

Yüksək temperaturdan yaxınlıqdakı sahibi məlum olmayan iki mərtəbəli evin plastik pəncərə çərçivələri əriyib.

Yanğından yaxınlıqdakı tikililər və qonşu evlər mühafizə olunub. Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti