Bakı. Trend:
Qazaxda avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qazax rayonun Canalı kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.