...

Narkotikə görə tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Hadisə Materials 28 Oktyabr 2016 17:17 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Elçin Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Narkotikə görə tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Elçin Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası noyabrın 11-nə təyin edilib.

İttihama görə, bu il mayın 2-də Yasamal rayonunun Vasif Əliyev küçəsi 217 ünvanında, evdə tək yaşayan Bakı şəhər sakini, 41 yaşlı Mirzə Hüseynovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti aşkarlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü, narkotik istifadəçisi olan E.Cavadov tərəfindən törədilməsi məlum olaraq həbs edilib.

Həmin gün E.Cavadov M.Hüseynovun yaşadığı evə narkotik istifadə etməyə gəlib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə E.Cavadov M.Hüseynovu qətlə yetirib.

E.Cavadov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti