...

Ölümdə təqsirləndirilən sürücü mühakimə olunur

Hadisə Materials 1 Dekabr 2016 11:22 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nazim Camalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Ölümdə təqsirləndirilən sürücü mühakimə olunur

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nazim Camalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası dekabrın 6-na təyin edilib.

İttihama görə, bu il avqust ayının 2-də saat 16:00 radələrində Yasamal rayonunun Tbilisi prospektində Oğuz rayon sakini N.Camalovun idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Qəza zamanı onun sərnişinlərindən Salyan rayon sakini Asimə Kazımova hadisə yerində ölüb. N.Camalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti