...

Gömrükçülər Tovuzda külli miqdarda saxta spirtli içki aşkarladı

Hadisə Materials 14 Yanvar 2017 11:44 (UTC +04:00)
Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 406 ədəd spirtli içkilər aşkar olunaraq götürülüb.
Gömrükçülər Tovuzda külli miqdarda saxta spirtli içki aşkarladı

Bakı. Samir Əli - Trend:

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz Vito” markalı nəqliyyat vasitəsi Tovuz rayonu ərazisində saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsində avtomobilə baxış keçirilib, nəqliyyat vasitəsindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 406 ədəd spirtli içkilər aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti