Bakı. Trend:
Bakı şəhər sakini Ruslan Hüseynovdan 3 ədəd yivsiz ov tüfəngləri götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 18-də Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qanunsuz ov edən Bakı şəhər sakini Ruslan Hüseynovdan 3 ədəd yivsiz ov tüfəngləri götürülüb.