Bakı. Trend:
Paytaxt sakini dəm qazından zəhərlənərək ölüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 20-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun evində özü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə, azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər.
Nəticədə H.Seyidov ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.